Qazaxıstanın Səhiyyə nazirinin müavini Oljas Abişev saxlanılıb.
Yeniavaz.com Rusiya mətbuatına istinadən xəbər verir ki, nazir müavini dövlət büdcəsini mənimsəməkdə günahlandırılır.
2018-ci ildə nazir müavini təyin olunan O. Abişev bundan əvvəl də müxtəlif dövlət qurumlarında işləyib.
Bildirilir ki, nazir müavininin həbsi Sosial Sığorta Fondu ilə bağlı təhqiqatlarla əlaqədar ola bilər.
Həmin fondun rəhbəri də saxlanılıb.
Qeyd edək ki, bu proses sosial şəbəkələrdə yayılmış məlumatlardan sonra başlayıb. Belə ki, Fondun rəhbəri Aybatır Jumaqılovun arvadı ərinin ona 12-ci maşını hədiyyə etdiyini bildirməsindən sonra araşdırmalara başlanılıb.
Faktla bağlı istintaq aparılır.