Kanadanın Toronto şəhərində Nort York ərazisində 7-8 erməni iki soydaşımıza müxtəlif (pnevmatik və soyuq) silahdan istifadə edərək xəsarət yetirib.
Bu haqda “Facebook”da məlumat və videolar paylaşılıb.
Belə ki, ermənilər Kanada vaxtı ilə bu gecə 23.00-da (01.08.2020) Torontoda bir həmyerlimizin maşınını əzib, yararsız hala salıb, qaçıblar.
Şahidlərin dediyinə görə, ermənilərdə silah, dubinka olub.
Dünyanın ən təhlükəsiz ölkəsi Kanadada belə azərbaycanlılara qarşı erməni vandalizmi, erməni vəhşiliyi davam edir.