"Azərbaycan siyasi sistemindən adamlar özləri istefa verməlidir" - Siyavuş Novruzov


"Azərbaycanda elə partiyalar var ki, 1990-cı illərdən qeydiyyata alınıb. Halbuki nə partiya işləyir, nə bir tədbir keçirir, nə siyasi prosesdə iştirak edir. Siyasi sistem yenidən formalaşdırılmalıdır".
Yeniavaz.com
xəbər verir ki, bu sözləri Modern.az-a müsahibəsində Milli Məclisin Regional məsələlər komitəsinin sədri, hakim Yeni Azərbaycan Partiyası icra katibinin müavini Siyavuş Novruzov deyib.
Deputat bildirib ki, yeni nəsil gəlməlidir:
"Bu gün-sabah mən də gedəcəm, yerimə yeni bir adam gəlməlidir. Siyasət dünyası da eyni şeydir. Artıq Azərbaycan siyasi sistemindən adamlar özləri istefa verməlidir. Yeni partiyaların qeydiyyata alınması müsbət haldır".

DİGƏR XƏBƏRLƏR

Top