ABŞ-da iki kiçik mühərrikli təyyarə toqquşdu - Ölənlər var


ABŞ-ın Alyaska ştatında iki kiçik təyyarə toqquşub.
Yeniavaz.com
xarici KİV-ə istinadən xəbər verir ki, hadisə ştatın Soldotna şəhərindəki hava limanı yaxınlığında baş verib.
Toqquşma nəticəsində aralarında ölkənin Nümayəndələr Palatasının deputatı Harri Knop olmaqla 7 nəfər ölüb.
H.Knopun ölümü ilə bağlı məlumat siyasətçinin həmkarları tərəfindən təsdiqlənib.
Hadisə ilə bağlı araşdırmalar başlayıb.

DİGƏR XƏBƏRLƏR

Top