Ərəb dünyasında ilk atom elektrik stansiyası istifadəyə verildi


Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) atom stansiyası istismara verilib.
Yeniavaz.com
xarici KİV-ə istinadən xəbər verir ki, “Barakah” (Barakah nuclear power plantatom) elektrik stansiyası ərəb dünyasında ilk bu cür qurğudur.
BƏƏ-nin Baş naziri və Dubayın hakimi Məhəmməd bin Rəşid əl Maktum bildirib ki, atom stansiyası ölkənin enerji ehtiyacının ¼-ni təmin edəcək.
O, atom stansiyalarının istifadəsinin və kosmosun öyrənilməsinin ərəblərin elm sahəsində nəyə qadir olduqlarının və başqa böyük xalqlarla rəqabətə girə biləcəklərinin göstəricisi olduğunu vurğulayıb.
Qeyd edək ki, "Baraka" Atom Elektrik Stansiyası ümumi gücü 5,6 meqavatt olan dörd enerji blokundan ibarət olacaq.

DİGƏR XƏBƏRLƏR

Top