Bakıda bir gündə qəzalarda üç nəfər öldü


Ötən gün Bakıda ölümlə nəticələnən üç yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə oxu.az-a hüquq-mühafizə orqanlarından məlumat verilib.
Binəqədi rayonunun Biləcəri qəsəbəsində iyulun 31-də saat 23:30 radələrində “Mercedes” markalı avtomobili idarə edən 1985-ci il təvəllüdlü paytaxt sakini Q.Zamanovun 17 yaşlı Məhəmməd Quliyevi vurması nəticəsində piyada hadisə yerində ölüb.
Həmin gün saat 16:15 radələrində Sabunçu rayonunda, Bakı-Mərdəkan yolunda “Mercedes” avtomobilinin sürücüsü, 1979-cu il təvəllüdlü Sadıxov yolu keçmək istəyən 50-55 yaşlı qadını vurub. Ölən şəxsin kimliyi hələlik müəyyənləşdirilməyib.
Xəzər rayonunun Binə qəsəbəsində “VAZ-2106”, “Mercedes” və “Opel” markalı avtomobillər toqquşub. Nəticədə, “Jiguli”nin sürücüsü, 1986-cı il təvəllüdlü Beyləqan rayon sakini Cavid Xanəliyev ölüb.
Faktlar paytaxtın rayon polis şöbələri tərəfindən araşdırılır.

DİGƏR XƏBƏRLƏR

Top