Tramp: "Heç kəs məni sevmir" - VİDEO

"Mən bu dərmanı təklif edəndə kimlərsə istifadə etməyin dedilər”.

Yeniavaz.com xarici KİV-ə istinadən xəbər verir ki, bu sözlərlə Donald Tramp, yeni koronavirusun müalicəsində istifadə olunan “Hydroxy-Chloroquine” dərmanını gündəmə gətirib. Mətbuat konfransında o bir daha vurğulayıb ki, sözügedən dərmandan özü də istifadə edib.

Pandemiya ilə mübarizə qrupunun rəhbərliyində olan Doktor Fausinin xalq tərəfdən rəğbət qazandığı fikri ilə əlaqdar olaraq, Tramp “Heç kəs məni sevmir!” cavabını verib.

ABŞ prezidenti kamera istehsal edən "Kodak" şirkətinin də dərman hazırlanması üçün aktiv maddələr istehsal etməyə başlayacağını və bunun üçün şirkətə 765 milyon dollar kredit verəcəklərini açıqlayıb.

DİGƏR XƏBƏRLƏR

Top