Döşəməsindən ilanlar çıxdığı deyilən Təcili Yardım binası ilə bağlı AÇIQLAMA - VİDEO


Ötən gün sosial şəbəkələrdə Qazaxda Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasında (TTTYS) şəraitin olmaması ilə bağlı video yayımlanmışdır.
Yeniavaz.com
xəbər verir ki, stansiyasının əməkdaşı videoda şəraitsizlikdən, təmirsiz bir binada yerləşdirilmələrindən şikayət edir.
“Qazax Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsin direktoru Sevda Məmmədova bu gün sosial şəbəkələrdə yayımlanan video ilə bağlı fikirlərini bildirib.
Baş həkim deyib ki, onlar - səhiyyə şöbəsinin kollektivi dünyanı bürüyən pandemiyaya qarşı mübarizə ilə ələqadar var gücləri ilə çalışır:
"Əhalinin sağlamlığının keşiyində dayanırıq. Lakin sıralarımızda olan bəzi əməkdaşların bugünkü çətin şəraitdə öz məkirli məqsədlərini bu cür biruzə vermələri həqiqətən də bizi sarsıdır. Mərkəzi Xəstəxananın yeni inzibati binası tikilənə qədər də biz bu cür şəraitdə layiqincə fəaliyyət göstərmişik. Bundan sonra da əlimizdən gələni əsirgəməyəcəyik. Dövlət bizim üçün hər cür şərait yaradır. Pandemiya dövründə səhiyyə işçilərinin maddi rifahının yüksəldilməsi ilə bağlı çox ciddi qərarlar qəbul etmişdir. Biz inanırıq ki, cənab Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın diqqət və qayğısı sayəsində pandemiya ilə mübarizədən ən az itki ilə çıxacağıq. Bəzi əməkdaşların bu cür hərəkətlərini hamılıqla pisləyirik”.
Baş həkimin TTTYS-sı ilə bağlı açıqlama verdiyi həmin videonu təqdim edirik:

DİGƏR XƏBƏRLƏR

Top