Türkiyə kubokunda 2019/20 mövsümünə yekun vurulub.
Final oyunu İstanbuldakı Atatürk Olimpiya stadionunda baş tutub.
Həlledici matçda “Trabzonspor” “Alanyaspor”la üz-üzə gəlib. Tarixində ilk dəfə kubokun finalına yüksələn sonuncular titullu rəqibi ilə bacarmayıblar.
Hər hissədə 1 qol vuran Trabzon klubu 15-ci dəfə yüksəldiyi finalda 9-cu dəfə mükafata yiyələnib. Sonuncu dəfə 2010-cu ildə bu uğura imza atan komanda kubok sayında “Beşiktaş”a çatıb.
Türkiyə kuboku
Final
29 iyul
“Trabzonspor” – “Alanyaspor” – 2:0
Omur, 25, Sorlot, 90+10
ApaSport