Bu ilin iyul ayının 1-nə olan məlumata görə Azərbaycanda 337,5 min nəfər işsiz şəxs olub.
Yeniavaz.com-un Dövlət Statistika Komitəsinin açıqladığı rəsmi məlumatlara istinadən apardığı hesablama göstərir ki, may ayında ölkədə işsizlərin sayı 7,6 min, iyun ayında isə 32 min nəfər artıb.
Qeyd edək ki, may ayında işsizlərin sayı ilə bərabər məşğul (işləyən) əhalinin sayında artım olduğu halda, iyun ayında məşğul əhalinin sayında azalma olub. Belə ki, may ayında məşğul əhalinin sayı 1,9 min nəfər artdığı halda, iyun ayında məşğul əhalinin sayı 18,2 min nəfər azalıb.
Onu da bildirək ki, Azərbaycanda işsizlərin sayı son 15 ilin ən yüksək səviyyəsinə çatıb.
İllər | İşszilərin sayı (min nəfər) |
1 yanvar 2006 | 317,8 |
1 yanvar 2007 | 291,2 |
1 yanvar 2008 | 281,1 |
1 yanvar 2009 | 262,2 |
1 yanvar 2010 | 260,2 |
1 yanvar 2011 | 258,3 |
1 yanvar 2012 | 250,9 |
1 yanvar 2013 | 243,1 |
1 yanvar 2014 | 236,6 |
1 yanvar 2015 | 237,8 |
1 yanvar 2016 | 243,7 |
1 yanvar 2017 | 252,8 |
1 yanvar 2018 | 251,7 |
1 yanvar 2019 | 253,8 |
1 yanvar 2020 | 251,6 |
1 iyun 2020 | 305,5 |
1 iyul 2020 | 337,5 |
A. Cəfərov