"Azərsu" 1 ədəd transformatorun təmirinə 10 000 manat xərcləyəcək - RƏSMİ


"Azərsu" ASC tərəfindən keçirilən tender müsabiqəsinin qalibi məlum olub.
Yeniavaz.com
 xəbər verir ki, tenderin qalibi olan "Katri” MMC "Azərsu" ASC -yə məxsus 85 ədəd transformatorun təmirini həyata keçirəcək.
"Katri” MMC transformatorların təmiri üçün "Azərsu" ASC -dən 854 min 461 manat 60 qəpik alacaq. Rəqəmlərdən də göründüyü kimi bir ədəd transformatorun təmiri üçün təxminən  10 000 manat xərclənəcək.
Məlumat üçün qeyd edək ki, "Katri” MMC 2009-cu ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanı Nərimanov rayonu, Aşıq Molla Cümə, ev 1 “D”, m. 40- da yerləşir. Qanuni təmsilçisi Bəydəmirov Şaban Oruc oğludur.
A. Cəfərov

DİGƏR XƏBƏRLƏR

Top