Alimlər ağcaqanadların aqressivliyinin səbəbini tapıb


Ağcaqanadların aqressivliyi qlobal istiləşmə və urbanizasiya ilə əlaqədardır.

“Current Biology” jurnalının məlumatına görə, bu qənaətə ABŞ-ın Prinston Universitetinin alimləri gəlib.

Məlumata görə, araşdırma zamanı alimlər sarı febril ağcaqanadları tədqiq ediblər. Belə ki, bu ağcaqanadlar zika, denge, çikunqunya virusları, həmçinin sarı qızdırmanın daşıyıcısı ola bilərlər.

Tədqiqatçılar 27 yerə ağcaqanad yumurtası toplayıb, daha sonra sürfələrin dad üstünlüklərini müşahidə ediblər. Məlum olub ki, sıx əhaliyə malik rayonlarda yaşayan ağcaqanadlar qurban olaraq daha çox insanı seçirlər.

“Növbəti 30 ildə sürətli urbanizasiya Saharadan cənubda daha böyük sayda ağcaqanadı insanları dişləməyə təhrik edə bilər”, - araşdırmanın nəticəsində qeyd olunub. //Report

DİGƏR XƏBƏRLƏR

Top