Belçikadakı aksiyada yaralanan REAL TV-nin əməkdaşı erməni vəhşiliyindən DANIŞDI –VİDEO


İyulun 22-də Ermənilər Azərbaycanın Belçikadakı səfirliyi qarşısında etiraz aksiyası keçirərkən REAL televiziyasının əməkdaşı Xatirə Sərdarqızına xəsarət yetiriblər. 
Yeniavaz.com
xəbər verir ki, jurnalist səfirliyin qarşısında baş verən hadisələri “Forcameraman” səhifəsinə danışıb.
O bildirib ki, ermənilər əvvəlcədən hazırlaşaraq əllərində, çantalarında daşlar gətirmişdilər: “Hazırda mən Belçikanın siyasi mərkəzi Brüsseldəyəm. Ermənilər burada bir daha öz vəhşiliklərini nümayiş etdirdilər. Burada yaşayan azərbaycanlılar xəbər almışdılar ki, onlar səfirliyimizin qarşısında aksiya etmək istəyirlər. Avropada yaşayan bütün Azərbaycan vətəndaşları bu mövzuda çox həssasdılar xüsusən də Tovuz hadisələrindən sonra. Biz hər yerdə öz torpaqlarımızı, sərhədlərimizi qorumağa çalışırıq. Təkcə Belçikada yox, Niderlandda, Almaniyada yaşayan azərbaycanlılar da səfirliyin qarşısına toplaşdılar. Biz sadəcə öz səfirliyimizin həyətində dinc aksiya keçirirdik. Belçika polisi də guya, sözdə bir saat əvvəldən gəlib təhlükəsizlik tədbirləri görmüşdü. Xüsusi avadanlıqlar, TOMA (Kütləvi ixtişaşlara müdaxilə maşını) gətirmişdilər. Biz sadəcə “Qarabağ Azərbaycanındır!”, “Vandalizminizə son qoyun!”, “Uşaqları, dinc əhalini öldürməyin!” , kimi şüarlar səsləndirirdik. Mən də həmin an çəkiliş edirdim, 5 dəqiqə əvvəl canlı yayımım bitmişdi. Yenidən çəkiliş etmək istədim, pilləkənin yanında idim birdən göydən sanki daş yağışı yağmağa başladı. Onlar hazırlıqlı gəlmişdilər. O daşlar küçədən toplanmamışdı, çünki səfirliyin qarşısı magistral yoldur, orada da o qədər daşın olmasın mümkün deyil. Çantalarında, əllərində gətirmişdilər. Həmin an başımda ağırlıq hiss elədim, əlimi başıma qoyanda gördüm ki, qan axır. Hətta canlı yayım zamanı da həmin kadrlar düşdü. Məndən başqa bir neçə həmvətənimiz də yaralandı. Bəziləri ayağından, bəziləri qolundan, bəziləri də ağzından”. 
Həmvətənimiz ermənilərin bu vəhşiliyi qarşısında Belçika polisinin həmin an heç bir müdaxilə etmədiyini bildirdi: “Bizim həmyerlimiz bizə dəstək üçün səfirliyin qarşısına gəlmişdi və maşınını da orada saxlamışdı. O maşının arxa hissəsində olan nömrənin yerinə Azərbaycan yazmışdı. Erməni vandalları, terrorçuları avomobili əzib, nömrə hissəsini yandırmış, pəncərələrini sındırmışdılar. Bir sözlə yararsız hala salmışdılar. Hətta səfirliyin üçüncü mərtəbəsinin pəncərələrini sındırmışdılar. Biz bu qədərini gözləmirdik. Hətta ayaqqabısını çıxardıb atan da var idi. Sonradan bizə bildirdilər ki, 15 erməni polis tərəfindən saxlanılıb. Bütün hallarda polisdən güclü müdaxilə görmədik”. 
“Mən də səfirlik də məhkəməyə müraciət etməyi düşünürük. Səfirlik Avropa Parlamentinə yazılı məktub ünvanlayacaq. Xəsarət aldığımla bağlı xəstəxanadan da kağız almışam. Bütün sübutlar, videolar, fotolar hamısı əlimizdə var”,- deyə həmyerlimiz qeyd edib.



DİGƏR XƏBƏRLƏR

Top