Nazilə Səfərli: "Bacı qardaşın vidasına gedə bilmədiyi dövrə gəldik"


"Bacı qardaşın vidasına gedə bilmədiyi dövrə gəldik"
Yeniavaz.com
xəbər verir ki, bu sözləri şairə Nazilə Səfərli özünün instaqram səhifəsində yazıb.
O müğənni İbrahim Borçalının ötən gün dünyasını dəyişən oğlu Rəhimin yasında iştirak etmək üçün Gürcüstana yola düşdüyünü qeyd edib: "Uzun danışıqlardan sonra İbrahim, xanımı Zöhrə və qaynatası nəhayət ki, Gürcüstan torpaqlarına keçə bildi. Qızı isə təəssüf ki, Bakıda qalmalı oldu. Bacı qardaşın vidasına gedə bilmədiyi dövrə gəldik. Nə ağır il oldu bu? Ən pisi odur ki, Zöhrə yazıq hələ də bilmir ki, oğlu rəhmətə gedib. Sərhəddə xəyal qururmuş ki, mən karantində olana qədər oğlum komadan ayılar. İndilərdə çatmış olacaqlar evlərinə. Bilmirəm ona niyə yalan söylədik, amma həqiqəti bilsəydi bu uzun yolu onu apamaq mümkün olmayacaqdı. Oglunu tabutda görüb necə tab gətirəcək Allahım? Heç ata-ana bu acını bir daha yaşamasın. Əziz valideyinlər övladlarınızı mümkün qədər gözünüzdən qoymayın! Avtoqəzalar can alır. Maşında Rəhimdən başqa bir nəfər də olub. Hər ikisi yerindəcə dünyasını dəyişib. Nə ağır dərddi. Onların gömrükdən keşməsində əməyi keçənlərə bütün borçalılar adından təşəkkürümü bildirirəm. Allah balalarınızı saxlasın!"

DİGƏR XƏBƏRLƏR

Top