Almaniyanın tanınmış hərbi eksperti Julian Repke Ermənistan Müdafiə Nazirliyinin yaydığı yalan məlumatı ifşa edib.
Yeniavaz.com xəbər verir ki, Julian Repke bu barədə öz “twitter” hesabından paylaşım edib. O, Azərbaycanın PUA-sının guya Ermənistan tərəfindən vurulduğunu göstərən videonun yalan olduğunu bildirib:
“Əgər pilotsuz uçuş aparatını vurduğunuzu iddia edirsinizsə, hava hücumundan müdafiə sisteminizin yönəldiyi ikimühərrikli, dar gövdəli sərnişin təyyarəsini göstərməyin”
Qeyd edək ki, Ermənistan Müdafiə Nazirliyinin guya Azərbaycana aid PUA olduğu bildirilən videoda sərnişin təyyarəsi əks olunub.
Həmin görüntüləri təqdim edirik:
Protip: If you claim to have downed a drone, don't show a two-engine narrow-body civilian airliner being aimed at by your air defense system. pic.twitter.com/ObW9Vuv13i
— Julian Röpcke (@JulianRoepcke) July 14, 2020