Azərbaycan Müdafiə nazirinin müavini Türkiyənin Müdafiə naziri ilə görüşdü - VİDEO


Ramiz Tahirov Türkiyənin Müdafiə naziri Hulusi Akarla görüşüb.

Yeniavaz.com DHA-ya istinadla xəbər verir ki, Azərbaycan Müdafiə nazirinin müavini, Hərbi Hava Qüvvələrinin komandanı, general-leytenant Ramiz Tahirov Türkiyəyə səfər edib.
Görüşdə Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi təxribat müzakirə edilib. Hulusi Akar, ermənilərin Tovuz bölgəsində həyata keçirdiyi hücumu sərt şəkildə qınadıqlarını bildirib: “Azərbaycan türkünün kədəri bizim kədərimizdir. Azərbaycanlı qardaşlarımıza başsağlığı veririk. Qanlarının yerdə qalmayacağından əmin olmağınızı bildirmək istəyirəm. Baş verənlərlə bağlı nə lazım olsa etməyə hazırıq”.

DİGƏR XƏBƏRLƏR

Top