Son 24 saat ərzində Braziliya, Meksika və Hindistanda COVID-19-dan ölənlərin sayı artıb.
Yeniavaz.com xarici KİV-ə istinadən xəbər verir ki, son 24 saat ərzində Brazilyada 1233, Meksikada 579, Hindistanda isə 606 COVID-19-a yoluxmuş insan dünyasını dəyişib.
Braziliya Səhiyyə Nazirliyinin məlumatına əsasən, ölkədə ümumilikdə ölənlərin sayı 75 min 366 nəfərə çatıb. Son 24 saat ərzində 39 min 924 nəfərdə yeni yoluxma halı aşkarlanıb, ümumi yoluxma sayı isə 1 milyon 966 min 748 nəfər olub.
Braziliya, Latın Amerikasında yerləşən ölkələr arasında virusun yayılma və ölüm hallarına görə siyahıya başçılıq edir.
Meksika Səhiyyə Nazirliyinin məlumatına əsasən, ölkədə ümumilikdə ölənlərin sayı 36 min 906 nəfərə çatıb. Son 24 saat ərzində 6 min 149 nəfərdə yeni yoluxma halı aşkarlanıb. Ümumi yoluxma sayı 317 min 635 nəfər olub. 199 min 129 nəfər sağalıb.
Hindistan Səhiyyə Nazirliyinin məlumatına əsasən, ölkədə ümumilikdə ölənlərin sayı 24 min 915 nəfərə çatıb. Son 24 saat ərzində 32 min 965 nəfərdə yeni yoluxma halı aşkarlanıb. Ümumi yoluxma sayı 968 min 876 nəfər olub. 612 min 814 nəfər sağalıb.
Hindistan, dünyada ən çox yoluxma halı aşkarlanan 3-cü ölkədir.