Hacı Şahin parlamentə girib, "Allahu Əkbər" qışqıranlardan DANIŞDI - VİDEO


""Allahu Əkbər" şüarı Allahın adının yad edilməsidir. Yəni, Allahın böyüklüyünü təsdiq edib, ona arxalanaraq döyüşə getmək üçündür. Bu insanlarda müsbət bir hiss yaratmalıdır. Təəssüf ki, həmişə böyük izdihamın içərisində şüarı istismar edənlər olur. Parlamentə daxil olmaq istəyənlərə baxdıqda, bir neçə şəxs “Allahu Əkbər” şüarından istifadə edib. Həmin şəxsləri yaxınlaşdırıb baxan zaman onların dinlə həm zahiri, həm də daxili baxımdan heç bir əlaqəsinin olmadığı ortaya çıxır". 
Yeniavaz.com xəbər verir ki, bu sözləri ilahiyyatçı Hacı Şahin Həsənli İTV-nin efirində deyib. O bildirib ki, orada birliyə, vəhdətə dəvət edən şüarlar səsləndirilməli idi:
"Bu kimi şüarları orada qabarıq şəkildə səsləndirmək Azərbaycan haqqında dini fanatik və zorakı forma formalaşdırır. Ermənilər də bundan məharətlə istifadə edirlər və deyirlər ki, bunlar dini şüarlarla dağıdıcı fəaliyyət göstərirlər. Ona görə, belə məqamlarda çox həssas olmaq lazımdır. Mən bunu birmənalı şəkildə, tam məsuliyyətlə deyirəm ki, Azərbaycanda yaşayan böyük əksəriyyət inanclıdır və hər zaman orduya dəstək olublar. Din çox həssas sahədir. Bu yolla manipulyasiya çox aktual mövzudur".

 

DİGƏR XƏBƏRLƏR

Top