Çində və Hindistanda təbii fəlakət səbəbilə 200-ə yaxın insan dünyasını dəyişdi


Çində və Hindistanda yağan güclü yağışlar onlarla insanın ölümünə səbəb olub.
Yeniavaz.com
xarici KİV-ə istinadən xəbər verir ki, Çindəki sel fəlakəti hökumətin ikinci dərəcəli həyacan siqnalı çalmasına səbəb olub. Səlahiyyətli şəxslər ölkədə sel səbəbindən ölənlərin sayının 140-ı keçdiyini bildirib.  
Hadisə Yantsızı çayının daşması nəticəsində baş verib. Daşqına səbəb olan son 50 ilin ən güclü yağışlarının səbəb olduğu sel minlərlə insanın evsiz-eşiksiz qalmasına səbəb olub. Ölkəyə dəyən ziyan yüz milyonlarla dollar həcmində ölçülür.
Hindistanda da şiddətli musson yağışları ölkənin şimal qərbində yerləşən Assam əyalətində 50 insanın ölümünə səbəb olub. 2 milyondan çox insan zərər çəkib. Fəlakət bölgəsində çarəsiz qalan əhali üçün ştatın 20 bölgəsində 480 düşərgə quraşdırılıb. 60 min insan düşərgələrə yerləşdirilib. Xeyli yaşayış binası və evlər yararsız hala düşüb.
Hindistan rəsmiləri, Assam əyalətində YUNESKO-nun Dünya İrsi siyahısına daxil olan Kaziranga Milli Parkının su altında qaldığını və 51 vəhşi heyvanın öldüyünü açıqlayıb.
 

DİGƏR XƏBƏRLƏR

Top