Rusiyada COVID-19-a yoluxma sayı 746 mini keçdi


Rusiyada son 24 saat ərzində 6 min 422 nəfərdə yeni yoluxma halı aşkarlanıb.
Yeniavaz.com
“Anadolu” agentliyinə istinadən xəbər verir ki, son açıqlanan rəqəmlərlə ölkə ərazisində ümumi yoluxma halı 746 min 369 nəfərə çatıb.
Ölkədə son bir gündə ölüm sayı 156 nəfər artaraq, 11 min 770 nəfərə çatıb. Sağalanların sayı isə 10 min 424 nəfər artıb. Ümumi sağalma sayı 523 min 249 nəfər olaraq qeydə alınıb.
Rusiyada gündəlik artım 0,9 faiz olaraq qalır. Yeni yoluxanların 26, 6 faizində xəstəlik simptomsuz müşahidə olunub.
Moskvada son 24 saatda yoluxma faktı 628 nəfər artaraq 231 min 270 nəfərə, ölü sayı isə 29 nəfər artaraq 4 min 234 nəfərə çıxıb.

DİGƏR XƏBƏRLƏR

Top