Milli Məclisin binasının qarşısında özünü bıçaqladı

Sosial şəbəkələrdə Milli Məclisin binasının önündə intihara cəhd barədə video yayılıb.

Yeniavaz.com xəbər verir ki, bildirilir ki, hadisə bu gün çəkilib. Görüntülərdə 30 yaşlarında bir kişinin özünə bıçaq zərbələri vurduğu və polis əməkdaşlarının onunla danışaraq, intihar etməsinin qarşısını almağa çalışdıqları görünür.

Sonradan məlum olub ki, polis əməkdaşları həmin şəxsi saxlayıb və vəziyyəti araşdırmaq üçün polis bölməsinə aparıblar.

Yayılmış görüntülərə aydınlıq gətirmək üçün Bakı şəhər Baş Polis İdarəsinə müraciət etdik.

Bildirildi ki, yaxın vaxtlarda məlumat veriləcək.

DİGƏR XƏBƏRLƏR

Top