Şimali Makedoniyada növbədənkənar seçkilər keçirilir


Şimali Makedoniyada seçicilər növbədənkənar parlament seçkilərində iştirak edirlər.
Yeniavaz.com
“Anadolu” agentliyinə istinadən xəbər verir ki, Şimali Makedoniyanın qeydiyyatda olan 1 milyon 814 min 263 seçicisi 3 min 390 seçki məntəqəsində səs verməyə başlayıb. Səsvermə yerli vaxtla saat 07:00-dan etibarən başlayan səsvermə saat 21:00-da başa çatacaq.
COVID-19 səbəbindən seçkilər ilk dəfə 3 gün ərzində davam edəcək. Ümumi sayı 723 nəfər olan virusa yoluxmuş və evdə karantində olan vətəndaşlar artıq səsvermədə iştirak edib.
1500-dən çox namizəd məclisin 120 yeri uğrunda mübarizə aparır. Seçkilərdə 15 siyasi ittifaq və partiya iştirak edir.
Xatırladaq ki, 1991-ci ildə müstəqillik qazandıqdan bəri 10-cu dəfə ümumi seçkilərə gedən ölkədə 5 erkən seçki keçirilib. Şimali Makedoniyada bundan əvvəl ümumi seçkilər 2008, 2011, 2014 və 2016-cı illərdə keçirilib.

DİGƏR XƏBƏRLƏR

Top