AFFA Texniki direktoru ilə yollarını ayırıb


AFFA-nın Texniki direktoru Bernhard Lippertin müqaviləsi 2020-ci il iyunun 30-da başa çatıb.
Yeniavaz.com
assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, almaniyalı mütəxəssislə müqavilə uzadılmayıb.
Texniki direktor vəzifəsinin icrası müvəqqəti olaraq AFFA-nın Kütləvi Futbol Departamentinin rəisi Cahangir Həsənzadəyə həvalə olunub.
AFFA rəhbərliyi Bernhard Lippertə gələcək karyerasında uğurlar arzulayıb.

DİGƏR XƏBƏRLƏR

Top