Röya Qazaxda Əsmər nənənin evini təhvil verdi – Yeni evin GÖRÜNTÜLƏRİ


Xalq artisti Röya Ayxan Qazaxın Quşçu Ayrım kənd sakini 77 yaşlı Əsmər Cəfərovaya yeni ev tikdirərək təhvil verib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Xalq artisti instaqram hesabında paylaşım edərək, məlumat verib.
“Yəqin yadınızdadır, dekabrın 13-də Əsmər nənənin sosial şəbəkələrdə videosu yayılmışdı. O görüntülərlə 3 gün sonra tanış oldum və səhəri Qazaxın Quşçu Ayrım kəndinə yola düşdük. Artıq nənəmizin evi hazırdı. Çox xoşbəxtəm ki, bu sevinci onlara yaşada bildik.
Bütün Azərbaycana təşəkkür edirəm. Çünki mən bu torpağın övladıyam və burada tərbiyə almışam. Prezidentimiz cənab İlham Əliyeva minnətdaram. Ona görə ki, bizə imkan yaradır, biz də atalara, analara, qocalara yardım göstəririk. Onsuz da, dövlətimiz lazımi olan bütün köməkliyi göstərir. Mən də bir vətəndaş kimi borcumu yerinə yetirirəm. İnşallah, karantin bitdikdən sonra yollar açılar, növbəti köməkliyimizi də yerinə yetirərik”.

DİGƏR XƏBƏRLƏR

Top