Türkiyədə sel fəlakəti – Ölən və itkin düşənlər var


Türkiyənin Artvin şəhərində axşam saatlarında başlayan güclü yağış Yusufeli rayonunda selin meydana gəlməsinə səbəb olub.
Yeniavaz.com “Sözcü”yə istinadən xəbər verir ki, Artvin valisi Yılmaz Doruk, ötən gecə Yusifeli rayonunda meydana gələn sel fəlakəti nəticəsində 1 nəfərin öldüyünü, 3 nəfərin isə itkin düşdüyünü bildirib. Sel suları Yusifeli anbarında da daşqınlara səbəb olub, işçilər hadisə yerini tərk edə bilib. Anbarda onlarla maşın və cihazlar su altında qalıb. Əraziyə gediş-gəliş çətinləşib. Hazırda inşaatın ərazisi təmizlənir.
Türkiyə Meteorologiya Xidmətindən Şərqi Qara dəniz bölgəsində leysan yağışların olması ehtimalı ilə bağlı xəbərdarlıq edilib.

DİGƏR XƏBƏRLƏR

Top