Braziliya gündəlik ölüm sayına görə ABŞ-ı ötdü


Braziliyada son sutka ərzində yeni növ koronavirusdan ölənlərin sayı artıb.
Yeniavaz.com “worldometers”ə istinadla xəbər verir ki, Braziliyada son sutkada 968 nəfər COVİD-19 səbəbilə dünyasını dəyişib, 36 min 474 nəfər isə həmin xəstəliyə yoluxub. Dünyada ən çox yoluxma halının qeydə alındığı ABŞ-da isə son 24 saatda ölənlərin sayı 732 nəfərdir. Braziliyada koronavirus səbəbilə ümumilikdə ölənlərin sayı isə 71 min 515, yoluxanların sayı isə 1 milyon 842  min 127 nəfərdir. 1 milyon 213 min 512 nəfər isə müalicə alaraq sağalıb.
 

DİGƏR XƏBƏRLƏR

Top