ABŞ-da sutkada 700-dən çox insan koronavirusdan öldü


ABŞ-da COVİD-19 səbəbilə ölənlərin və yoluxanların sayı artıb.
Yeniavaz.com “worldometers”ə istinadla xəbər verir ki, ABŞ-da sutka ərzində 732 nəfər yeni növ koronavirus səbəbilə dünyasını dəyişib, 61 min 719 nəfər isə həmin xəstəliyə yoluxub. Nəticədə ölkədə ümumi ölənlərin sayı 137 min 418-ə, yoluxanların sayı isə 3 milyon 357 min 130-a çatıb. 1 milyon 490 min 702 nəfər isə müalicə edilərək sağaldılıb.
 

DİGƏR XƏBƏRLƏR

Top