Roma Papası Ayasofyadan danışdı – “Kədərlənirəm”


Roma Papası Françis Ayasofyanın məscidə çevrilməsindən danışıb.
Yeniavaz.com “Sözcü”yə istinadla xəbər verir ki, Françis yeni çıxışı zamanı Ayasofya muzeyinin məscidə çevrilməsini eşitdiyinə çox kədərləndiyini bildirib.
Türkiyə prezidenti isə son çıxışı zamanı dünya ölkələrinin bu qərar hörmətlə yanaşmalı olduqlarını bildirib: “Ayasofyanın statusu ilə bağlı son qərarı başqaları deyil, türk milləti verib. Digər ölkələr buna hörmətlə yanaşmalıdır”.
Qeyd edək ki, bir neçə gün əvvəl Türkiyədə Ayasofya muzeyi “Danıştay” məhkəməsinin qərarı ilə məscidə çevrilmişdi. Prezident Ərdoğan bu barədə verilən qərarı imzalamışdı. Xatırladan ki, Fatih Sultan Mehmetin İstanbulu fəthindən sonra məscidə çevirdiyi Ayasofya 24 noyabr 1934-cü ildə Türkiyə hökuməti tərəfindən muzeyə çevrilmişdi.
 

DİGƏR XƏBƏRLƏR

Top