İranda yeni növ koronavirus səbəbilə ölənlərin sayı artıb.
Yeniavaz.com “worldometrs”ə istinadla xəbər verir ki, İranda son sutka ərzində 194 nəfər COVİD-19-dan dünyasını dəyişib, 2 min 186 nəfər isə həmin xəstəliyə yoluxub. Xatırladaq ki, İranda bu günə qədər 257 min 303 nəfər yeni növ koronavirusa yoluxub, 12 min 829 nəfər isə həmin virus səbəbilə dünyasını dəyişib. Xəstəliklərdən sağalanların sayı isə 219 min 993 nəfərdir.