Yevlaxda qanunsuz fəaliyyət göstərən kafe aşkarlanıb


 
Yevlax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbir zamanı rayon ərazisində qanunsuz şəkildə fəaliyyət göstərən kafe aşkar olunub.
 
DİN-in Mətbuat Xidmətinin Bərdə Regional qrupundan  Yeniavaz.com-a verilən məlumata görə, Yevlax RPŞ-nin əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində rayon ərazisində yerləşən kafenin xüsusi karantin rejiminin qaydalarına zidd olaraq fəaliyyət göstərdiyi müəyyən olunub. Məkana baxış zamanı 5 nəfərin qayda pozuntusuna yol verdiyi aşkar edilib və həmin şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokollar tərtib edilərək cərimə olunublar.
Esmira Hidayətova,Yevlax
 

DİGƏR XƏBƏRLƏR

Top