Gəncədə yağan leysan səbəbilə yaşayış evlərini su basıb - FOTO


Ötən gecə leysan yağış Gəncədə fəsadlar törədib.
Gecə saatlarından başlayan aramsız yağış nəticəsində şəhərin Gülüstan qəsəbəsində və digər yerlərdə yaşayış evlərini, həyatyani sahələri su basıb.
Yağışdan ziyan çəkmiş ərazilərə Gəncə Şəhər İcra hakimiyyətinin başçısı Niyazı Bayramov və müavinləri, həmçinin Kəpəz və  Nizami rayon İcra hakimiyyətinin başçıları, Fövqəladə Hallar Nazirliyinin nümayəndələri gəlib. Əraziyə baxış keçrilib, yaranmış problemlərin aradan qaldırılması istiqamətində tapşırıqlar verib.
 (APA)

DİGƏR XƏBƏRLƏR

Top