İcra başçısının işdən çıxarılmasına səbəb olan kafe söküldü - VİDEO


Xəbər verdiyimiz kimi, bu gün Prezident İlham Əliyevin sərəncamı ilə Nizami Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov vəzifəsindən azad edilib.
Arif Qasımovun işdən çıxarılmasına səbəb kimi rayon ərazisindəki parkların birində qanunsuz olaraq restoranın tikilməsi göstərilir.
Yeniavaz.com xəbər verir ki, artıq park ərazisində tikilən restoran sökülüb.

Qeyd edək ki, Məmmədəli Şərifli küçəsində "Bizim həyət” layihəsi çərçivəsində salınan parkda qanunsuz olaraq restoran tikilməsi narazılığa səbəb olmuşdu.
Həmin parkda tikilən restoranla bağlı AZTV videomaterila yayımlanmışdı.
Xatırladaq ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə salınan parkın əsas məqsədi Bakıdakı binaların həyətlərinin ekoloji cəhətdən təmiz və abad edilməsi, şəhər ekologiyasının sütununu təşkil edən yaşıllıqların bərpası, sağlam həyat tərzinin formalaşdırılması, sakinlər üçün təhlükəsiz və rahat yaşam şəraitinin yaradılmasıdır.

DİGƏR XƏBƏRLƏR

Top