İki gün əvvəl Kürdə batan şəxslərin meyitləri tapıldı - VİDEO


İki gün əvvəl Kür çayının Zərdab rayonu Burunlu kəndi ərazisindən keçən hissəsində batan şəxslərin meyitləri tapılıb.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, 1990-cı il təvəllüdlü Yusifov Cavid Arzu oğlunun və 2005-ci il təvəllüdlü Hüseynov Rahil Mahir oğlunun meyiti Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq aidiyyəti üzrə təhvil verilib.
Qeyd edək ki, iyulun 9-da Kür çayında 1990-cı il təvəllüdlü Cavid Arzu oğlu Yusifov, 2005-ci il təvəllüdlü Rahil Mahir oğlu Hüseynov və 2007-ci il təvəllüdlü Nahidə Rəşadət qızı İsmayılova batıb. Nahidə İsmayılova batan kiçik qardaşını xilas edərkən özü boğulub. Fövqəladə Hallar Nazirliyinin dalğıc-axtarış qrupu tərəfindən ilk olaraq onun meyiti tapılıb.

(APATV)

DİGƏR XƏBƏRLƏR

Top