Bağ evində narkotik əkən şəxs tutuldu


Keçmiş məhkumun evindən narkotik maddə tapılıb.
Daxili İşlər Nazirliyindən Yeniavaz.com-a verilən məlumata görə, Sabunçu Rayon Polis İdarəsinin 42-ci Polis Bölməsi əməkdaşları Ləhiş bağlarında əməliyyat tədbiri keçiriblər.
Nəticədə əvvəllər məhkum olunmuş A.Əliyevin yaşadığı evə baxış zamanı 720 qram marixuana, həyətyanı sahədən kultivasiya yolu ilə yetişdirilmiş 201 ədəd çətənə kolu aşkarlanıb götürülüb.

DİGƏR XƏBƏRLƏR

Top