"Lada" markası ilə NİVA avtomobilinin istehsalına başlandı


“AvtoVAZ” şirkətinin bir hissəsi olan “Lada West Toliatti” (keçmiş GM-AvtoVAZ müştərək müəssisəsi) “Lada” markası altında NİVA avtomobillərinin istehsalına başlayıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə şirkətin rəsmi saytında məlumat yerləşdirilib. 
Məlumata görə, sükanın üzərində və maşının ön hissəsində əks olunan “Lada” loqosunda dəyişiklik edilərək üçölçülü qayıq şəklində dizayn olunub.
Qeyd edək ki, “GM-AvtoVAZ” “Chevrolet Niva” avtomobillərini istehsal edən Rusiyanın “AvtoVAZ” (Samara bölgəsi, Tolyatti) və ABŞ-ın “General Motors” şirkətlərinin birgə müəssisəsidir.

DİGƏR XƏBƏRLƏR

Top