
Bakıda özəl klinikalardan birində həkimin xidməti otağından edilən oğurluq təhlükəsizlik kameralarına düşüb.
Yeniavaz.com oxu.az-a istinadən xəbər verir ki, hadisə Nərimanov rayonunda yerləşən özəl klinikalardan birində olub.
Məsələ ilə bağlı Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Bölməsinə məlumat verilib. Polis təhlükəsizlik görüntülərinə əsasən, oğurluğu törədən qadının şəxsiyyətinin müəyyənləşdirilərək tapılması istiqamətində iş aparır.
Qadını tanıyanlardan və ya görənlərdən Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Bölməsinə müraciət etmələri xahiş olunur.