Ağ Evin mətbuat konfransında iştirak edən müxbirdə koronavirus aşkarlandı


Ağ Evdə mətbuat konfranslarının iştirakçısı olan bir müxbirə yeni növ koronavirus diaqnozunun qoyulması narahatlığa səbəb olub.
Yeniavaz.com
“CNN Türk”ə istinadən xəbər verir ki, məlumatı yazılı formada Ağ Evin Müxbirlər Dərnəyi açıqlayıb. Sözügedən müxbirin adı gizli saxlanılır. Onun Ağ Evdə olduğu vaxt ərzində maska taxdığı və heç bir xəstəlik simptomu göstərmədiyi bildirilir.
Xatırladaq ki, Ağ Evdə COVID-19-a görə müxbirlər kampına yalnız bəzi mətbuat orqanlarında işləyən jurnalistlərin girməsinə icazə verilir. Kampa gələn müxbirlər hər gün COVID-19 testindən keçirilir.

DİGƏR XƏBƏRLƏR

Top