ABŞ-ın bu ştatında koronavirus xəstələri üçün yer qalmayıb


ABŞ-ın Florida ştatında 48 xəstəxananın reanimasiya şöbəsi koronavirus xəstələri ilə dolub, digər 52 xəstəxanadakı boş çarpayıların sayı isə 10 faizdən aşağı düşüb. 
Yeniavaz.com
NTV-yə istinadən xəbər verir ki, məlumat Sağlamlıq Xidmətləri İdarəetmə Agentliyi tərəfindən verilib. 
Ştatda ümumilikdə koronavirusa yoluxma sayı 232 min 718, ölüm sayı isə 4 min 9 nəfəri əhatə edib. 
Qeyd edək ki, ABŞ hələ də koronavirus tablosunda 1-ci yerdə qalır. Ümumilikdə ABŞ-da 3 mln 219 min 999 yoluxma halı, 135 min 822 ölüm halı qeydə alınıb. Bu vaxta kimi 1 milyon 426 min 428 insan sağalıb.

DİGƏR XƏBƏRLƏR

Top