Vilayət Eyvazov Bakının bu rayonlarının rəislərinin yerini dəyişdi - ƏMR

Daxili işlər orqanlarında kadr dəyişikliyi olub.
Yeniavaz.com
xəbər verir ki, bu barədə unikal.org məlumat yayıb. Məlumatda bildirilir ki, Qaradağ rayon Polis İdarəsinin rəisi, polkovnik Əli İbrahimov vəzifəsindən azad olunaraq Xəzər rayon Polis İdarəsinin rəisi təyin olunub. Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun digər əmri ilə Xəzər rayon Polis İdarəsinin rəisi, polkovnik  İsfəndiyar Mehbalıyev isə Qaradağ rayon Polis İdarəsinin rəisi təyin olunub.
Qeyd edək ki, İsfəndiyar Mehbalıyev  Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli Məclisin deputatı Səttar Mehbalıyevin oğludur.

DİGƏR XƏBƏRLƏR

Top