Aprel şəhidinin anası: ”Sevinirəm ki, oğlumun arzusu ürəyində qalmadı” - VİDEO


2016-cı ilin Aprel döyüşlərində şəhid olmuş gizirlər Adil Adilzadənin və Teymur Qasımovun Mingəçevirdə yaşayan ailə üzvlərinin mənzil şəraitlərinin yaxşılaşdırılması ilə bağlı müraciətə Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva tərəfindən dərhal müsbət münasibət bildirilib.
Yeniavaz.com olaraq bu gün Mingəçevirdə yaşayan şəhid Adil Adilzadənin və Teymur Qasımovun ailəsində olduq. Şəhid Teymur Qasımovun anası Gülnarə xanım deyir ki, evimiz 1948-ci ildən tikilən ev idi qəzalı vəziyyətə düşmüşdü: ”Evimiz qəzalı vəziyyətə düşmüşdü. İmkanımız da yox idi ki, yeni mənzil tikək. Oğlum şəhid olandan sonra, həyat yoldaşım da sağlamlığını itirdi. Şəraitimiz yaxşı olmadığına görə “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyininə müraciət etdik. Bir müddət sonra İctimai Birlikdən bizə bildirdilər ki, "Birinci vitse-prezident Mehriban xanım Əliyeva şəhid ailələrinin qəzalı vəziyyətdə olan evlərinin əvəzinə bütün məişət təminatı ilə birlikdə yeni fərdi yaşayış evinin tikilib təhvil verilməsinə dair göstəriş verib. Ən qısa zamanda yeni fərdi yaşayış evləri tikilərək hər iki şəhid ailəsinə təhvil veriləcək". Bu xəbəri ötən gün eşitdik çox sevindik. Ölkə Prezidenti, Birinci vitse-prezident biz şəhid ailələrini heç vaxt unutmur, eləcə də onların  bu addımı bir daha sübut edir ki, ölkəmizdə koronavirus pandemiyasına qarşı mübarizə aparılan bir dövrdə heç bir sosial layihə diqqətdən kənarda qalmayıb. Şəhid ailələrinin sosial-məişət problemləri ən yüksək səviyyədə həllini tapır”.

Yeni ev tikiləcək daha bir ailə şəhid Adil Adilzadənin ailəsidir. Şəhidimizin anası Gülnarə deyir ki, Adilin ən böyük arzusu şəhid olmaq idi: "O şəhid olmazdan əvvəl, həmişə həyətdə indi tikiləcək evin qarşısında dayanıb bizim üçün ev tikmək arzusunda olduğunu deyirdi. Onun bu arzusu artıq reallaşdı. Buna görə də ölkə rəhbərliyinə, Mehriban xanım Əliyevaya öz təşəkkürümüzü bildiririk. Eyni zamanda “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinə də minnətdarlığımızı bildiririk”.

Esmira Hidayətova, Mingəçevir

DİGƏR XƏBƏRLƏR

Top