"Özü icra başçısı olduqdan sonra yoldaşını da baş həkim təyin etdi" – İDDİA+VİDEO


AYB-nin üzvü, şair Kəmaləddin Qədim doğulduğu Sədərək rayonunda ağacların kəsilməsini tənqid etdiyinə görə, rayonda yaşayan yaxınlarının təqib edildiyini iddia edir.
Yeniavaz.com xəbər verir ki, bu barədə “ovqat.com” saytına açıqlama verən ziyalı, rayon sakinləri tərəfindən ona Sədərək Rayon İcra Hakimiyyətinin başçısı Həbib İbrahimovun özbaşınalıqları ilə bağlı faktlar çəkilib göndərildiyini iddia edib:
“Mənə kənddən də müraciət edirlər. Telefon zəngləri olub, kadrlar çəkilib göndərilib. Mənə Sədərək Rayon İcra Hakimiyyətinin başçısı Həbib İbrahimovun özbaşınalıqları ilə bağlı faktlar çəkilib göndərilib. Mən bunlardan bir neçəsini deyəcəyəm. Sədərək Rayon İcra başçısı rayonda bu vəzifəyə təyin olunduqdan sonra öz həyat yoldaşını gətirib rayon xəstəxanasına baş həkim qoyub. İcra başçısı məktəb direktorunu çıxarıb, qonşu kənddən birini gətirib qoyub. Bu da bütün kollektivdə narazılıq və qıcıq yaranmasına səbəb olub. Sədərəyin idman həyatında böyük xidmətləri olan Faiq Səfərzadə(müəllim) ev dustağı olub. Müəllimlər sırasından azad edildiyinə görə psixoloji xəstə olub. Sədərək rayonunda ağacların “soyqrımı” həyata keçirilir. Mən eşitdim ki, bu ağaclar aparılıb Şərurda bir taxta sexinə verilib. Eşitdiyimə görə bu taxta sexində işləyənlər icra başçısının qaynıdır”.
AYB-nin üzvü iddia edir ki, sakinlərin müraciətlərini nəzərə alıb məsələ ilə bağlı icra başçısına zəng vursa da, Həbib İbrahimov onu təhqir edib:
“Mən bu məsələ ilə bağlı icra başçısına zəng etdim, şahidlərim də var. Mənə dedi ki, sən kəndini-kəssəyini tərk edən şərəfsizsən”.
Sözügedən iddialarla bağlı Sədərək Rayon İcra Hakimiyyətindən açıqlama almaq istəsək də, qurumun rəsmi saytında heç bir əlaqə vasitəsi tapa bilmədik.

DİGƏR XƏBƏRLƏR

Top