“Fairmont” üzr istədi amma müştərilərdən - Hovuzu bağladı


"𝐅𝐚𝐢𝐫𝐦𝐨𝐧𝐭 𝐁𝐚𝐤ı 𝐀𝐥𝐨𝐯 𝐐ü𝐥𝐥ə𝐥ə𝐫𝐢" 𝐀𝐳ə𝐫𝐛𝐚𝐲𝐜𝐚𝐧𝐝𝐚 𝐤𝐚𝐫𝐚𝐧𝐭𝐢𝐧 𝐫𝐞𝐣𝐢𝐦𝐢 𝐛𝐢𝐭ə𝐧ə 𝐪ə𝐝ə𝐫 𝐚çı𝐪 𝐡𝐚𝐯𝐚 𝐡𝐨𝐯𝐮𝐳𝐮𝐧𝐮𝐧 𝐟ə𝐚𝐥𝐢𝐲𝐲ə𝐭𝐢𝐧𝐢 𝐝𝐚𝐲𝐚𝐧𝐝ı𝐫ı𝐫".

Yeniavaz.com xəbər verir ki, bu barədə hotel məlumat yayıb:

"COVID-19-un yayılmasına qarşı mübarizəni dəstəkləmək məqsədilə, "Fairmont Bakı" ərazisində yerləşən açıq hava hovuzunun fəaliyyətini dayandırır.

Bütün təhlükəsizlik tədbirlərinə uyğun olaraq otel fəaliyyət göstərməyə və qonaqları qəbul etməyə davam edəcək. "Fairmont Bakı"da yüksək sanitariya standartlarına bütün sahələrdə riayət olunur və bura sağlamlıq və təhlükəsizlik tələbləri daxildir. COVID-19-un yayılmasına qarşı mübarizə tədbirləri kimi tətbiq olunan standartlar TƏBİB tərəfindən hazırlanmış tövsiyələrə tam uyğundur".

“Bizim üçün əsas məsələ qonaqlarımızın sağlamlığı və rifahıdır. Buna görə də, biz, Azərbaycanda karantin məhdudiyyətləri aradan qaldırılana qədər, otelimizin açıq hava hovuzunun fəaliyyətini dayandırmaq qərarına gəldik. Biz, bu yaxınlarda oteldə qalarkən xoş olmayan vəziyyətlə üzləşən qonaqlarımızdan üzr istəyirik.” –  "Fairmont Bakı Alov Qüllələri" baş meneceri Metyu Qreppo bildirib.

Xatırladaq ki, “Fairmont Baku” hoteli karantin qaydalarını pozaraq açıq hovuzu müştəriləri üçün açıq elan etmişdi.  Hovuz istirahətinin görüntüləri mediada yayıldıqdan sonra polis əməliyyat keçirmiş, 10-dan çox şəxs saxlanılaraq Səbail Rayon Polis İdarəsinə aparılmış və cərimələnmişdi.

DİGƏR XƏBƏRLƏR

Top