Türkiyə Böyük Millət Məclisinin yeni sədri Mustafa Şəntop olub.
Yeniavaz.com Türkiyə mətbuatına istinadla xəbər verir ki, hakim Ədalət və İnkişaf Partiyasının namizədi Mustafa Şəntop 3-cü turda 328 səslə sədr seçilib. Qeyd edək ki, seçkidə 5 namizəd yarışıb.