Hindistanda COVID-19-dan ölənlərin sayı 21 minə yaxınlaşır


Hindistanda yeni növ koronavirus səbəbilə ölən və yoluxanların sayı artıb.
Yeniavaz.com “worldometers”ə istinadla xəbər verir ki, Hindistanda son 24 saatda 462 nəfər COVID-19-dan dünyasını dəyişib, 19 min 785 nəfər isə həmin virusa yoluxub. Nəticədə, ölkədə yeni növ koronavirusdan ölənlərin ümumi sayı 20 min 636-ya, yoluxanların sayı isə 740 min 131-ə çatıb. 455 min 191 nəfər isə müalicə edilərək sağaldılıb. Hindistan hazırda yoluxma sayına görə, Rusiyanı keçərək dünya ölkələri arasında 3-cü sıradadır.
 
 

DİGƏR XƏBƏRLƏR

Top