Rusiyada koronavirusa yoluxma sayı 700 minə yaxınlaşdı


Rusiyada koronavirusa yoluxanların və ölənlərin sayı artıb.
Yeniavaz.com
“Worldometers”ə istinadən xəbər verir ki, Rusiyada son 24 saatda 6 min 368 nəfərə yeni növ koronavirus diaqnozu qoyulmaqla ümumi yoluxma sayı 694 min 230-a çatıb. Məlumat Rusiyanın Səhiyyə Nazirliyi tərəfindən verilib.
Qeyd edək ki, son 24 saatda ölkə ərazisində ölənlərin sayı 198 nəfər olub, ümumlikdə qeydə alınan ölüm sayı isə 10 min 494-ə çatıb.

DİGƏR XƏBƏRLƏR

Top