Yeni yayılmağa başlayan “bubonik vəba” barədə ÜST-dən AÇIQLAMA


Çində Monqolustan Muxtar Rayonunun Bayannur şəhərində aşkarlanan bubonik vəba xəstəliyi barədə Ümumdünya Səhiyyə Təşkilatı açıqlama verib.
Yeniavaz.com
“Reuters”ə istinadla xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatı verdiyi yeni açıqlamada “bubonik vəba”ya Çində yoluxma hallarının az olduğunu bildirib: “Bəhs etdiyimiz  xəstəliyinin kütləvi şəkildə yayılma riski olduqca azdır. Bununla belə “bubonik vəba” nəzarətə götürülüb”. Qeyd edək ki, Çinin Monqolustan Muxtar Rayonunun Bayannur şəhərində yerləşən xəstəxanada müalicə alan bir şəxsdə bubonik vəba xəstəliyi aşkarlanıb. Bununla bağlı hökumət rəsmiləri əhaliyə xəbərdarlıq ediblər. Xəstəliyin əlamətləri olan hər kəsin həkimə müraciət etməsi tələb edilib. Bubonik vəba xəstəliyin daşıma ehtimalı olan bütün heyvanların ovlanması qadağan edilib. Ümumdünya Səhiyyə Təşklilatından verilən məlumata görə, bu xəstəlik vəhşi gəmirgən vasitəsilə yayılır. Vaxtında müdaxilə edilmədiyi təqdirdə xəstəliyə yoluxan şəxslərin 24 saatda dünyasını dəyişə bilir. Xəstəliklərin ilkin əlamətləri limfa vəzlərində ağrılı şişlik və iltihablanmadır. Müalicə edilmədiyi təqdirdə bakteriyalar bədənin digər orqanlarına o cümlədən ağciyərə yayılır.

DİGƏR XƏBƏRLƏR

Top