Naxçıvanda koronavirusa yoluxma qeydə alınmadı - Son STATİSTİKA

Ölkə üzrə koronavirusa yoluxma faktlarının 55,1 faizi Bakının payına düşür.

Yeniavaz.com xəbər verir ki, TƏBİB-in koronavirusinfo.az saytında təqdim etdiyi son statistik göstəricilər bunu deməyə əsas verir. 

Koronavirusa yoluxma faktlarının 16,3%-i Abşeronda, 8,4%-i isə Gəncə-Qazax bölgəsində qeydə alınıb.

Həmçinin, koronavirusa yoluxmaların 7,5 faizi Aran zonasının, 5,8 faizi Lənkəran rayonunun, 1,6 faizi Quba-Xaçmaz zonasının, 1,4 faizi Şəki-Zaqatala, 1,2 faizi Dağlıq Şirvan zonasının, 1,2 faizi Yuxarı Qarabağ bölgəsinin payına düşüb.

Statistikaya ümumi nəzər saldıqda, əvvəlki rəqəmlərə nisbətən azalma müşahidə edilir. Lakin qrafikə əsasən bu dəfə Naxçıvan MR-də heç bir yoluxma faktı qeydə alınmayıb.

Bundan başqa, Bakı üzrə koronavirusa ən çox yoluxma faktı Binəqədi rayonunda (paytaxt üzrə yoluxanların 12,8 faizi) qeydə alınıb. Ardıcıllığa əsasən, növbəti sıralarda 12,4 faizlə Yasamal, 11,9 faizlə Xətai, 11,8 faizlə Sabunçu, 10,4 faizlə Nəsimi, 8,8 faizlə Nərimanov, 8,7 faizlə Suraxanı, 8,2 faizlə Nizami, 5,7 faizlə Qaradağ, 4,7 faizlə Səbail, 4,2 faizlə Xəzər rayonu yer alır. Koronavirusa yoluxma faktı üzrə ən aşağı göstərici isə Pirallahı rayonunda (paytaxt üzrə yoluxanların cəmi 0,3 faizi) qeydə alınıb.

Aktiv halların ərazi üzrə bölgüsünə görə, Bakıda xəstələrin 57 faizinin, Sumqayıtda 15 faizinin, Abşeronda 6 faizinin, Gəncədə 3 faizinin, Cəlilabadda 2 faizinin, Lənkəranda, Masallıda və Yevlaxda 1%-nin, digər regionlarda isə ümumi olaraq 14 faizinin müalicəsi davam etdirilir.

Ölkə üzrə koronavirusa yoluxanların cinsi bölgüsü isə belədir: 54 faizini qadınlar, 46 faizini isə kişilər

Xatırladaq ki, operativ qərargahın 1 iyul tarixində keçirilən sonuncu brifinqində TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı Naxçıvan Muxtar Respublikasında bu günə qədər 142 nəfərin koronavirusa yoluxduğu barədə məlumat verib. O bildirib ki, Muxtar Respublikada COVID-19-a yoluxan şəxslərdən 126 nəfəri sağalıb, 11 nəfəri vəfat edib, beş nəfər aktiv koronavirus xəstəsinin isə müalicəsi davam edir.

DİGƏR XƏBƏRLƏR

Top