Ölkədaxili uçuşlara bilet alan zaman COVID-19 testi ödənişlidir? – AZAL-dan AÇIQLAMA


Azərbaycan Respublikasinin Nazirlər Kabinetinin “Koronavirus (COVID-19) pandemiyası dövründə Azərbaycan Respublikasında uçuşların və hava nəqliyyatı ilə sərnişin daşımalarının təşkili üzrə müvəqqəti Qaydalar”ın təsdiq edilməsi barədə 11 iyun tarixli qərarına əsasən ölkədaxili uçuşlarda Azərbaycan Respublikasının vətəndaşları üçün COVID-19 testi ödənişsiz əsaslarla aparılır.
Bunu AZAL-ın mətbuat katibi Paşa Kəsəmənski Yeniavaz.com-a təsdiqləyib. O bildirib ki, Azərbaycan Respublikasının vətəndaşları ölkədaxili uçuşlara bilet alan zaman onlara COVID-19 testinin götürüləcəyi klinikaya randevu təyin edilir:
“TƏBİB-in özü müəyyənləşdirir sərnişin saat neçədə, hansı klinikaya getsin. Bu zaman test pulsuzdur”.
Qeyd edək ki, bu xidmət xarici vətəndaşlar və xaricə səfər edən AZərbaycan Respublikası vətəndaşları üçün ödənişlidir.
Şahmərdan Əhmədli

DİGƏR XƏBƏRLƏR

Top