Dövlət Təhlükəsizliyi orqanlarında 37 il çalışmış Polkovnik-leytenant vəfat edib - FOTO

Uzun illər Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin Birinci xüsusi şöbəsinin rəisi və “Alyans” Veteranlar Birliyinin üzvü olmuş, arxa cəbhə veteranı, polkovnik-leytenant Cabbar Bəylərov iyulun 6-da 93 yaşında vəfat edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə Akademiya məlumat yayıb. 
Məlumat üçün bildirək ki, Cabbar İsa oğlu Bəylərov 1927-ci il sentyabrın 3-də Ağdam şəhərində anadan olub. O, 1945-1950-ci illərdə Azərbaycan Sənaye İnstitutunda təhsil alıb.
Polkovnik-leytenant C.Bəylərov Azərbaycan Dövlət Təhlükəsizliyi orqanlarında 37 il çalışıb. O, 1987-ci ilin iyun ayından 2016-cı ilin noyabrın 7-dək, 30 ilə yaxın müddətdə AMEA-da fəaliyyət göstərib.

DİGƏR XƏBƏRLƏR

Top