Yolu keçmək istəyən qadını maşın vurub öldürdü


Yolu keçən qadını avtomobil vuraraq öldürüb.

Yeniavaz.com xəbər verir ki, hadisə gecə saatlarında Bakı-Qazax avtomagistralının Yevlaxın Aran qəsbəsindən keçən hissəsində baş verib. 32 yaşlı Vüsalə Mustafayevanı yolun digər tərəfinə keçən zaman yük avtomobili vurub. Ağır bədən xəsarətləri alan qadın dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır.

Esmira Hidayətova, Yevlax

DİGƏR XƏBƏRLƏR

Top